Müştərilərimizin Məmnuniyyəti Bizim Üçün Ən Vacib Aspektdir...

Biz kimik

Bir neçə müddət öncə mebel istehsalı sahəsində özümüzü sınamaq qərarına gəldik. Qısa müddət ərzində fabrikimizi qurduq, müştərilərimizə xidmət göstərməyə başladıq. Başlıca hədəfimizi müştəri məmnuniyyəti edərək istər istehsalatda, istərsə də xarici partnyorlarımızla uğurlu əlaqələrimizi yaratdıq. 

Hazırda partnyorlarımız İtaliyanın ""GRİGGİO Woodworking Machinery"; "ACM srl."; "Ascot"; Türkiyənin "Durmazlar"; “Tempo aksesuar” “Etiket Atölyesi”; "Sağlam Makina"; "Feta Eğitim Araçları Merkezi"; "Teksan makina" kimi iri şirkətlərdir. Bu da son deyil, daim əlaqələrimizi genişləndirərək, müştərilərilərimizə daha yaxşı xidmət edə bilmək üçün çalışırıq.

Ölkəmizdə bir çox dövlət və özəl müəssisələr öz maddi-texniki bazasını yeniləyərkən bizə etibar edir. Azərbaycan Respublikasının Rabitə və Müdafiə Nazirlikləri, Ekspress Bank, Milli Onkoloji Mərkəz, Dövlət Texniki və Slavyan Universitetlərini sadə bir misal kimi çəkmək olar.

Şəffaflıq siyasətini rəhbər tutaraq istər fabrikimizin maddi texniki bazasını, istər partnyorluq əlaqələrini qurarkən, istərsə də istehsalatımızdan ayrı-ayrı yenilikləri müştərilərimizlə paylaşdıq. 
qısa fəaliyyətimizin yekununda İSO 9001 beynəlxalq sertifikatına sahibik və keyfiyyətin idarəetmə sistemini quruluşunun yekun mərhələsindəyik.

Bu ildən etibarən yeniliklərimizlə yenə müştərilərimizin qarşısında olacayıq. Hədəfimiz dəyişməsə də, məqsədlərimiz daha da böyüyür, dünyaya “Azərbaycan məhsulu” məvhumunun çatdırılmasında öz tövhəmizi verməyə çalışacayıq.