Nə axtarırsan?
BÖYÜK USTANIN HEKAYƏSİ
Gözəl həyat tarixçəsi
Günlərin bir günündə böyük məmləkətin ədalətli şahı əyalətləri gəzməyə çıxır. O, insanlarla görüşür, onların həyatı və çətinlikləri ilə yaxından tanış olur. İnsanları güzəranı ilə maraqlanır. Şah buradan bir başqa vilayətə gedərkən meşənin yaşıl talasında odunçuların bayram şənliyini görüb, vəzir-vəkildən burada çadır düşərgələri salmalarını istədi. Çiçək toplayan və odun yığan gənc və gözəl kəndlilərlə tanış oldu. Onlarla söhbət etdi. Bu insanların arasındakı qızlardan biri şahın gözlərindən qaçmadı.Qızın gözəlliyinə valeh olan şah qıza onun xanımı olmağı təklif etdi. Elçi göndərəcəyini dedi. O zaman şahın həyat yoldaşı vəfat etmişdi. O da yalqız yaşayırdı. İnsafən, paytaxta çatan kimi şah bu qızı çox bəyəndiyini gizlətmədi və ona xanımı olmaq niyyəti ilə elçi göndərdi. Qız razı olmur və cavabında bildirir:
- Şahımın əlindən bir iş gəlir mi? Bir sənətə sahibdir mi?
Elçilər:
- O, şahdır! Bundan yüksək sənət olar mı?
Qız:
- Şahlıq əbədi deyil. Sənət isə həmişəlikdir. Bu, güvənilən bir çörək ağacıdır.
Qızın cavabı şahın çox xoşuna gəlir. Ona sidq-ürəkdən vurulur.
Çox götür-qoydan sonra o, şahlıqdan qardaşına xeyrinə imtina edir və başqa bir işlə məşğul olmaq niyyətində qərarlı olduğunu bildirir. Sonra özünə bir emalatxana açdırır. Dülgər peşəsini öyrənir. Şəbəkəli gözəl qapı-pəncərələr, taxtlar, mizlər, kürsülər hazırlayır. Tezliklə şəhərdə Böyük Usta kimi ad çıxarır. Sonra onun şöhrəti uzaq əyalətlərə də yayılır. Bir gün vurulduğu həmin qızı emalatxanaya dəvət edir. Böyük Usta, dəvəgözü daşından cilaladığı güzgülü mebel dəstini ona göstərir.
İndiyə qədər yalnız bulaq suyunda əksini görən və saçlarını darayan gözəl qız güzgüdə ilk dəfə özünü görür. Utandığından qızarır. O, həqiqətən çox gözəl olduğunu indi insanların dilindən deyil, dəvəgözü daşından cilalanan güzgüdə öz gözləri ilə görürdü.
Qız üzünü Böyük Ustaya tutaraq:
-Sən niyə yaşıl rəngli önlük seçdin? Sənə yaraşdığı üçün mü?
Usta:
-Səni ilk dəfə yaşıl meşənin yaxınlığında gördüyüm üçün…
Qız
-Bəs niyə bu peşəni seçdin? Odun yığdığım üçün mü?
Böyük Usta:
-İstədim meşənin sərvəti olan ağac məmulatları ilə elə gözəlliklər yaradım ki, təbiəti evlərə, insanların həyatına daha yaxın gətirim.
Qız:
-İndi sən yaşıl geyiminlə, əlinin qabarı, üzündəki təbəssümlə, nurani siman və gələcəkdə ağaracaq saçlarınla və müdrikliyinlə mənim əsl şahımsan, ən çətin zamanlarda belə evə qazanc gətirəcək sevdiyim insansan. Çünki seçdiyin peşə əsl şaha layiqdir.
Usta:
-Mən istəyirəm ki, hər şey sənin istəyincə olsun...Təki sən istəyəsən...
Böyük Usta kəndli qızla həyat qurdu və birlikdə xoşbəxt günlər yaşadılar. Böyük Ustanın halal zəhməti ilə istədikləri kimi bəxtəvər dövran sürdülər.
O zamandan çox illər ötüb, çox sular axıb!
Biz nədən Böyük Ustanı özümüzə obraz və fəaliyyət simvolu seçdik?
Əvvəla, dedik ki, halal əməyimizlə, səmimi istəklərimizlə, xoş niyyətlərimizlə Böyük Usta kimi təbii olaq.
İkincisi, istədik ki, gözəlliklər və komfort ehtiyacında olanların arzu və istəklərinin həyata keçməsinə dəstək verək.
Düşündük ki, peşəkar ustalarımızın zəhməti ilə biz insanların istəyi olan yerdə onların evinə və ofisinə təbiəti daşıyaq və rahatlığı gətirək.
Beşincisi, istədik ki, daha mükəmməl rahatlıq istəyində olasınız. Onda biz də yeni-yeni səviyyələrə yüksəlmiş olacağıq.
Altıncısı, Siz istədikcə istəyin! Çünki biz Sizin istəkləriniz üçün varıq.
Yeddincisi, Böyük Usta həm öz istəyinə, həm də istədiyi gözəlin istəyinə nail olmaqla insanların xoş əməllərə və səmimi niyyətlərə köklənməsinə ciddi dəstək verdiyindən, bu obrazın müasir texnologiyalar əsrində də insanların həyatına yeni boyalar qatacağı şübhəsizdir.
Qardaşlar Mebel
Təki Siz istəyin!