Nə axtarırsan?
Bu bölmədə qeyd olunan məlumatlar Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun müvafiq bəndlərinə əsasən hazırlanmışdır.
Qardaşlar Mebel şirkətindən alınmış məhsulun xüsusiyyətləri istehlakçının tələblərini ödəmədiyi təqdirdə, aşağıdakı hallarda həmin məhsulun tələb olunan xüsusiyyətlərə uyğun olan məhsula, alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində dəyişdirə bilər.
Əldə edilmiş məhsul istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, qablaşdırması, kassa qəbzi və ya sözügedən malın dəyərinin ödənilməsini təsdiq edən digər sənəd saxlanıbsa məhsul qaytarıla bilər:
Məhsul aşağıdakı hallarda dəyişdirilə və ya qaytarıla bilməz:
Təyinatı və ya texniki sənədində qeyd olunduğu qaydalar əsasında istifadə olunmadıqda;
Mebelin müştəri tərəfindən daşınması, yüklənib, boşaldılması, habelə quraşdırılması zamanı yol verilmiş pozuntular (cızılma, əzilmə, qopma, əyilmə və s.) aşkar olunduqda;
Mebelin ilkin istifadəsi zamanı (təmizlənməsi, cızılması və s.) aşkar olunduqda;
Mebelin ilkin istifadəsi zamanı şirkətə məxsus olmayan mebel hissələrinin/elementlərinin məhsula əlavə olunması aşkar olunduqda;