Nə axtarırsan?

İstifadə qaydaları

Saytdan istifadə qaydaları ilə diqqətlə tanış olmağınızı xahiş edirik.

Burada qeyd olunan qaydalar Sizin saytdan istifadə etdiyiniz zaman həmin şərtləri qəbul etdiyiniz anlamına gəlir. İstifadə qaydaları üzrə qeyd olunmuş məlumatlar Sizi qane etmədiyi təqdirdə, saytdan imtina etmə hüququnuzdan istifadə edə bilərsiniz. Qardaşlar mebel şirkəti saytdan istifadə qaydaları üzrə şərtləri dəyişmək hüququnu özündə saxladığı üçün saytdan istifadə edərkən bu bölmə üzrə şərtləri hər dəfə nəzərdən keçirməyiniz tövsiyyə olunur.

Qardaşlar mebel şirkəti saytda qeyd olunan məlumatların dəqiq və vaxtında yenilənməsi üçün çalışır. İstifadəçi saytda yarana biləcək texniki nasazlıqlar səbəbindən məlumatların yanlış ola biləcəyini anlayır və onun üçün qaranlıq qalan məqamlara aydınlıq gətirməsi üçün şirkətə müraciət edir.

MÜƏLLİFLİK HÜQUQU

Saytda qeyd olunan bütün məlumatlar (şəkillər, məlumatlar, lisenziyalar) Qardaşlar mebel şirkətinin əqli mülkiyyət hüquqları kimi qorunur.

ŞƏXSİ İSTİFADƏ

İstifadəçi saytda olan məlumatları heç bir şəkildə yaymayacaq, dərc etməyəcək, üçüncü tərəfə ötürməyəcək, o cümlədən saytdakı mətn və vizuallardan istifadə edərək törəmə platformalar yaratmayacağına razılıq verir. İstifadəçi razılaşır ki, yuxarıda qeyd olunan məqamlar Qardaşlar mebel şirkətinin bazardakı nüfuzuna zərər vura bilər və şirkət ona dəymiş zərərlə bağlı iddia qaldıra bilər. Qeyd olunan məqamların pozulması aşkarlandığı təqdirdə, məsələyə hüquqi qiymət veriləcəkdir.

ŞƏXSİ MƏSULİYYƏT

İstifadəçi razılaşır ki, saytda qeyd etdiyi (yanlış məlumat, təhqir, dövlət əleyhinə çıxışlar, dini və irqçilik mövzusunda, fikirlər, qeyri-etik məzmuna malik foto və video) məznuna görə birbaşa məsuliyyət daşıyır. Saytda üçüncü şəxsin müəlliflik hüququ, əmtəə nişanı, məxfilik və digər şəxsi və ya mülkiyyət hüquqlarına dair məlumatların paylaşılması da hüquq normalarının pozulması kimi qiymətləndirilir.

MƏSULİYYƏTDƏN AZADOLMA

Qardaşlar mebel saytın məzmunundakı hər hansı texniki xətaya və ya gecikmələrə görə, istifadəçi və ya üçüncü şəxslərin qarşısında hər hansı bir məsuliyyət daşımır. Şirkət saytın təhlükəsizliyini daima nəzarətdə saxlayır və inkişafı üçün bütün lazımi tədbirləri görür. Şirkət ondan asılı olmayan səbəblər (server problemləri, sayta olan kiber və virusların hücumu) yarandığı təqdirdə orada qeyd olunan məlumatların dəqiqliyinə, mövcudluğuna və ya etibarlılığına, o cümlədən funksiyaların fasiləsiz və ya xətasız çalışmasına təminat vermir. İstifadəçi anlayır ki, şirkət saytda qəsdən yalan/yanlış məlumat təqdim etmək, bilərəkdən səhlənkarlıq edərək sayta daxil olan istifadəçilərə zərər vurmağı öz nüfuzu üçün təhlükəli hesab edir.

YETKİNLİK YAŞINA ÇATMAYANLAR

Qardaşlar mebel şirkəti xoşa gəlməz halların baş verməməsi üçün valideynlərdən uşaqları internetdə olan zaman onlara nəzarət etmələrini xahiş edir.

QANUNVERİCİLİK

Bu istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik müddəalarını əsas götürərək hazırlanmışdır. Bu istiqamətdə yaranmış bütün mübahisələrə Azərbaycan Respublikası məhkəmələrində baxılacaqdır.

Qeyd. İstifadəçilər saytdan istifadə qaydaları ilə bağlı hər hansı bir sual və ya qaranlıq qalan məqamlarla bağlı müraciətlərini info@gardashlar.com elekton poçt ünvanından göndərə bilərlər.

 

Faydalı Linklər

>