Nə axtarırsan?
Mebeldən, yaxşı havalandırılan, quru, havanın temperaturu + 2°C-dən aşağı, +45°C-dən yuxarı olmayan, bir başa günəş şüası düşməyən və nisbi rüt ubəti 45 -70 % intervalında olan qapalı məkan larda saxlamaq,istismar etmək məsləhət görülür.
Mebeldə olan boltları, qaykaları, vidaları və s. istismar müddətində boşalan elementləri, periodik sıxmaq, bərkitmək lazımdır.
Mebelin səthini, azacıq adi saf su ilə nəmləndirilmiş,yumşaq parça ilə silmək,ardınca quru parça ilə tam qurutmaq lazımdır. Əlavə olaraq "Mebellərdən istifadə qaydası" bölməsinə baxa bilərsiniz.
Təmizləyici vasitə kimi müxtəlif həlledicilər, soda,turşu,qələvi və tərkibində abraziv materiallar olan maddələrdən istifadə etmək qadağandır.
Mebel birbaşa düşən günəş şüalarından qorunmalıdır
Mebel istilik verən cihazların yaxınlığında yerləşdirilməməlidir.
Mebel Dövlətlər arası Standartlaşma,Metrologiya və Sertifikatlaşma ittifaqı (INTERSTATE COUNCIL FOR STANDARDIZATION, METROLOGY AND CERTIFICATION) tərəfindən qəbul edilmiş ( 14 Noyabr, 2014 cü il, N72P) ГОСТ 16371-2014 standartına uyğundur.
Zəmanət içtimai məkan və uşaq mebelinə 18 ay, məişət mebelinə 24 ay, kürsülərə 3 ay ,6 ay,12 ay müddətində verilir. Zəmanət müddəti, məhsulun satıldığı və ya alıcının alış etdiyi tarixdən hesablanır.
İstismar, saxlama,daşınma,montaj qaydaları pozulduqda (sökülü halda çatdırıldıqda) istehsalçı tərəfindən zəmanət verilmir.
Mebelin alınma tarixinin qəbul edilməsi üçün zəmanət müddəti ərzində zəmanət kartı, təhvil-təslim aktı, çek, qaimə-faktura və bənzəri sənədlər təqdim edildiyi təqdirdə zəmanət verilən malla bağlı zəmanət qüvvədədir. Sənədlər natamam olduğu təqdirdə şirkətin zəmanət xidməti göstərməkdən imtina etmək hüququ vardır.
Zəmanət müddəti mebelin satıldığı gündən başlayır. Zəmanət xidməti mebelin bütün hissələri daxil olmaqla şirkətin istehsal etdiyi hər model üçün etibarlıdır. Təmir müddəti ən çox 30 iş günü təşkil edir. Mebelin təmirdə olduğu vaxt kəsiyi zəmanət müddətinə əlavə olunmur.
Mebelin təmirdə olduğu vaxt kəsiyi zəmanət müddətinə əlavə olunmur. Mebelin zəmanət müddəti çərçivəsində mebeldə material, quraşdırma (şirkətin təyin etdiyi quraşdırma qrupu tərəfindən yığılıbsa) və ya fabrik xətaları aşkarlandığı təqdirdə şirkət hesabına təmir edilir, ehtiyac yarandıqda isə təmənnasız olaraq əvəzləşdirilir.
Aşağıda sadalanmış hallarda aldığınız mebelin təmənnasız dəyişdirilməsini tələb edə bilərsiniz:
Zəmanət xidmətinə daxil olmayan hallar aşağıdakı kimidir:
Yuxarıda qeyd olunmuş hallar meydana gəldiyi təqdirdə göstərilən xidmət ödənişlidir və şirkət tərəfindən təyin edilmiş qiymətlərlə həyata keçirilir. Qüsurun xüsusiyyəti mebelə baxış keçirilən zaman ekspert tərəfindən təyin edilir.
Qeyd: Mebel təhvil verildikdən sonra aşkarlanmış mexaniki zədələrə aid şikayətlər zəmanətli təmir üçün əsas kimi qəbul olunmur. Həmin problemlərin aradan qaldırılması ödəniş müqabilində həyata keçirilir. Mebelin görünməyən və xarici görünüşünə təsir etməyən hissələrində olan kiçik çaplı qüsurlar yol veriləndir.